Yasamalda 15 yaşlı şəxs qətlə yetirildi – Saxlanılanın da 14 yaşı varbackend

Yasamalda 15 yaşlı şəxs qətlə yetirildi - Saxlanılanın da 14 yaşı var

Noyabrın 17-də saat 22 radələrində Yasamal rayonu ərazisində qətl hadisəsi olub.

Bu haqda KONKRET.az-a DİN-dən məlumat verilib:

“2010-cu il təvəllüdlü H. Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə. Novruzlu saxlanılıb”.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*