Yasamalın bəzi ərazilərində qaz olmayacaqbackend

Yasamalın bəzi ərazilərində qaz olmayacaq

“Səbail” QPS-dən (qaz paylayıcı stansiya) qidalanan “Köhnə Qanlı Göl” qaz xətti üzərində yeni qaz tənzimləyici qovşağın birləşmə işləri ilə əlaqədar, 23.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

“Azəriqaz”dan KONKRET.az-a verilən məlumata görə, təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu, Qanlı Göl yaşayış massivinin, Ü.Ələkbərov, R.Tağıyev və 7-ci Alatava küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*