Yaxın Şərqdə dəniz daşımaları problemə çevrilibbackend

Yaxın Şərqdə dəniz daşımaları problemə çevrilib

Qırmızı dənizdə gəmilərin hərəkətinin dayandırılması hələ uzun müddət davam edə bilər.

KONKRET.az “Financial Times”a istinadən xəbər verir ki, bununla da dünya iqtisadiyyatına miyardlarla dollar ziyan dəyir.

Danimarkanın gəmiçilik və logistika korporasiyasının rəhbəri Vinsent Klerk bildirib ki, gələcəkdə gəmilərin Qırmızı dənizdən keçidinə nail olmaq hələlik bəlli deyil:

“Bu, potensial olaraq qlobal artım üçün kifayət qədər əhəmiyyətli nəticələrə səbəb ola bilər”.

Dekabrın ortalarında şirkətlər Qırmızı dəniz vasitəsilə bütün yüklərin daşınmasını müvəqqəti dayandırmaq qərarına gəlib. Buna səbəb husilərin gəmilərə hücumudur. İndi konteyner gəmiləri Ümid burnundan keçən marşrutla getməyə məcburdurlar. Nəticədə məsafə təxminən 13 min km uzanıb və bu yanacaq xərclərinin 50% artımına səbəb olub. Bu da öz növbəsində daşınma xərclərinə təsir edib. Bir konteynerin qiyməti isə yüzlərlə dollar artıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*