Yaxtada görüntüləndilər – Fotobackend

Yaxtada görüntüləndilər - FOTO 

Müğənni Keti Perri nişanlısı Orlando Blumdan ayrıldıqdan sonra Kanadanın keçmiş Baş naziri Castin Trüdo ilə yenidən görüntülənib.

KONKRET.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Qəzetin yayımladığı fotolarda 24 metrlik “Caravelle” adlı yaxtaya sahib olan K. Perri və Trüdonun yaxın münasibətdə olduqları açıq şəkildə əks olunub.

Xatırladaq ki, daha əvvəl onlar Montrealda baş-başa axşam yeməyi yeyərkən görüntülənmiş, lakin hər iki tərəf “yalnız dostuq” açıqlaması vermişdi. Son yayılan fotolar isə eşq iddialarını gücləndirib.

Qeyd edək ki, K. Perri bir müddət əvvəl aktyor Orlando Blum ilə uzunmüddətli münasibətini bitirib. Cütlüyün bir qız övladı var. Castin Trüdo isə 2023-cü ildə 18 illik həyat yoldaşı Sofi Qrequar Trüdo ilə ayrıldığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*