Yeganə Nuruyevaya yüksək vəzifə verildibackend

Yeganə Nuruyevaya yüksək vəzifə verildi

Dövlətə məxsus “Azərizolit” MMC-nin direktoru Şaiq İsmayılov vəzifəsindən azad edilib.

KONKRET.az xəbər verir ki, şirkətə rəhbərlik Yeganə Nuruyevaya həvalə olunub.

O, bundan əvvəl də – 2024-cü ilin fevral ayına qədər “Azərizolit”ə rəhbərlik edib.

Nizamnamə kapitalı 10 milyon manata yaxın olan “Azərizolit” 2023-cü ilin avqust ayına qədər “ASK İzolit” adı ilə fəaliyyət göstərib. “ASK İzolit” 2018-ci ildə Mingəçevir şəhərində yerləşən “Azərelektroizolit” zavodunun bazasında yaradılıb. Müəssisə elektroizolyasiya materialları istehsal edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*