Yəhudilərə məxsus 3 kitab oğurlandıbackend

Yəhudilərə məxsus 3 kitab oğurlandı

Türkiyənin Bolu şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq axtarış olunan avtomobildən yəhudilərə məxsus 3 Tövrat ələ keçirilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, kitablar qədim tarixə malikdir. Onların tarixi dəyərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

İlkin məlumatlara görə, kitablar qoyun dərisindən hazırlanmış perqamentlə İbrani dilində yazılıb. Kitabların şəkilli fəsilləri iudaizm inancına uyğun olan simvollardan ibarətdir.

İlk Tövratdan hesab olunan kitablar müsadirə edilib.

Avtomobildə olan 3 nəfər “tarixi əsərlər qaçaqmalçılığı” ittihamı ilə məhkəmənin qərarı əsasında şərti azadlığa buraxılıb.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*