“Yeni Bakı”da maşının altında qalan 90 yaşlı qadın öldübackend

“Yeni Bakı”da maşının altında qalan 90 yaşlı qadın öldü

Abşeron rayonu ərazisində bədbəxt hadisə nəticəsində ağır xəsarət alan qadın vəfat edib.

KONKRET.az xəbər verir ki, martın 30-da saat 12:30 radələrində Masazırdakı “Yeni Bakı” yaşayış kompleksində 1988-ci il təvəllüdlü P.Çarullayev “Ford Tranzit” markalı avtomobili arxaya doğru hərəkət etdirərəkən 1934-cü il təvəllüdlü Hüseynova Zərxara Abbas qızını vurub.

Maşının altına yıxılaraq xəsarət alan qadın “Kliniki Tibbi Mərkəz”ə yerləşdirilib. Tibbi yardıma baxmayaraq, o, aprelin 3-də xəstəxanada vəfat edib.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi açılıb, istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*