Yeni kəndə Prezidentin atının adı verildibackend

Yeni kəndə Prezidentin atının adı verildi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun tapşırığına əsasən, Balkan vilayətinin başçısı Y.Qılıcov Sərdar əyalətində tikilmiş yeni müasir Rovaç (Rifah) kəndinin açılış mərasimində iştirak edib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosunun verdiyi məlumata görə, şənliklərdə rayon rəhbərliyinin nümayəndələri, Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri, çoxsaylı yerli sakinlər, ağsaqqallar və gənclər iştirak ediblər.

Ümumilikdə yeni kənddə 268 üçotaqlı və dördotaqlı rahat evlər tikilib. Evlərdə normal yaşayış şəraiti, o cümlədən teraslar, geniş rahat otaqlar, tam təchiz olunmuş mətbəxlər, eləcə də qarajlar və lazımi kommunikasiya vasitələri də daxil olmaqla hər cür şərait yaradılıb.

Yerli KİV-in bildirdiyinə görə, 2019-cu ilin ilk günündə anadan olmuş Rovaç adlı dayça Prezidentə hədiyyə olunmuşdu. Berdıməhəmmədov dayçaya şeirlər həsr etmiş, nəvəsi Karimlə mahnı bəstələmişdi. Avqust ayında dövlət başçısı aldığı yaxtaya da Rovaç adını qoymuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*