“Yeni Müsavat”ın reportyoruna HÜCUM EDİLDİbackend

"Yeni Müsavat"ın reportyoruna HÜCUM EDİLDİ

Novxanıda “Range Rover”lə 4 nəfərin ölümünə səbəb olan iş adamı Elşad Kəlbəliyevin məhkəmə prosesini işıqlandırmaq üçün məhkəmə binasında olan “Yeni Müsavat”ın reportyoru İlkin Muradov hücuma məruz qalıb.

KONKRET.az xəbər verir ki, bu barədə İ.Muradov özü məlumat yayıb.

Onun sözlərinə görə, Elşad Kəlbəlıyevin qohumu olan Nicat Məmmədov adlı şəxs məhkəmə zalında ondan kim olduğunu soruşub, İ.Muradov ona izahat verməyə borclu olmadığını deyib və əvəzində həmin şəxsin təhqirləri ilə üzləşib.

Daha sonra müttəhimin qohumu elə məhkəmə binasındaca jurnalistə fiziki təzyiq göstərmək istəyib.

“O, məhkəmə koridorunda yumruq atdı və cavabını aldı. Sonra əlbəyaxa dava məhkəmə binasının önündə davam etdi. 25 dəqiqədir “102”-yə məlumat vermişəm”, – İlkin Muradov qeyd edir.

Ümidvarıq ki, cinayətlərin mühakimə olunduğu binada cinayət törətmək təşəbbüsü göstərən, jurnalistin peşə fəaliyyətinə əngəl yaratmağa çalışan şəxs layiqli cəzasını alacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*