Yer kürəsində G3 səviyyəli güclü maqnit qasırğası müşahidə olunur.
KONKRET.az xəbər verir ki, bu barədə TASS Rusiyanın Tətbiqi Geofizika İnstitutuna istinadən məlumat yayıb. Hazırda Yerin maqnit sahəsinin dalğalanma dərəcəsi G3 səviyyəsindədir ki, bu da 5 ballıq sistemlə ölçülür. Deməli G5 son dərəcə güclü, G1 isə zəif hesab olunur.G3 səviyyəsi o deməkdir ki, Yer kürəsində enerji sistemlərində problemlər ola bilər. Peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr, yüksək tezlikli radio rabitəsi orta enliklərdə problem yaranacaq.
Vəli Həsənoğlu,
KONKRET.az