İrəvan-Moskva reysində bomba həyəcanı: Hava limanının fəaliyyəti iflic oldubackend

İrəvan-Moskva reysində bomba həyəcanı: Hava limanının fəaliyyəti iflic oldu

Konkret.az Ermənistan Mülki Aviasiya Komitəsinin yaydığı məlumata istinadla xəbər verir ki, sərnişinlərdən birinin baqajında bomba apardığı haqqında məlumat daxil olduqdan hava limanının aviasiya təhlükəsizliyi xidməti və polisi dərhal hərəkətə keçib. Sərnişinlər hava təhlükəsizliyi işçiləri tərəfindən təxliyə edilib, göyərtəsindəki əl çantaları və bütün yük nəzarətə götürülüb. Axtarış zamanı partlayıcı qurğu və ya avadanlıq aşkar edilməyib. Bu müddət ərzində hava limanının fəaliyyəti iflic olub.

F.TAHİROĞLU

Bir cavab yazın