Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd edir, atəşkəsi pozurlar. Bu da təbii ki, Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut edir. Əgər ermənilərin təxribatları davam edərsə, növbəti Aprel döyüşləri başlaya bilərmi?
Bununla bağlı KONKRET.az-a danışan sabiq deputat, politoloq Sona Əliyeva bildirib ki, Tovuz istiqamətində gedən döyüşlər Azərbaycan-Ermənistan təmas xəttindədir: “Dağlıq Qarabağ ərazisində deyil deyə Azərbaycan təbii ki, bu təxribata getməməlidir. Və getmir də. Çünki başqa ölkənin ərazisinə keçmək Azərbaycan üçün yalnış addım ola bilər. Çünki ermənilər yalanlarla dünyanı gəzirlər. Onlar Tovuz istiqamətində təxribata əl atmaqda məqsədi dünyanın diqqətini münaqişəyə çəkərək Azərbaycanın atacağı hər hansı bir addıml fərqli formada təqdim etməkdir.
Ona görə Aprel döyüşlərinin yenidən təkrarlanacağını düşünmürəm. Əlbəttə, Tovuz istiqamətində şəhid olan oğullarımız bizim üçün əzizdir. Onlar Aprel şəhidləri kimi əbədi və əzəli qəhrəmanlarımızdır. Çünki onlar ərazi bütövlüyümüz və müstəqiliyimizin qorunub-saxlanılması uğrunda şəhid olublar. Azərbaycan düşmənin hər bir təxribatına layiqli cavab verir. Bizim güclü ordumuz var. Xalqımız bir mənalı olaraq Qarabağ məsələsində güzəştə getmək fikrində deyil. Qarabağ məsələsi heç vaxt Azərbaycan xalqı üçün öz əhəmiyyətini itirməyəcək.
İyulun 14-də “Qarabağa azadlıq” və “Qarabağa yürüş” şüarı ilə 100 minlərlə insanın küçələrə axışması onu bir daha göstərdi ki, Qarabağ bizim üçün heç vaxt unudulmayıb və heç vaxt güzəşt olmayacaq. Mən müharibənin tərəfdarı deyiləm. Düşünürəm ki, heç kəs istəməz ki, müharibədə yaxını, doğması və övladı şəhid olsun. Şəhid olan və yaralanan hər bir hərbi qulluqçumuz bizim övladımızdır. Bu gün bütün Azərbaycan xalqı şəhidlərimizin yasını saxlayır. Ona görə də istəmərəm ki, müharibə olsun”.
Politoloq qeyd edib ki, 100 minlərlə insanın hərbi xidmətə yollanmaq üçün könüllü müraciəti onu göstərir ki, insanlarımız hər an torpaqlarımızı azad etmək üçün döyüşə hazırdır: “Bu, bütün rayonlarda elədir. Hazırda yaşadığım Şəmkir rayonunda da camaat hər gün könüllü döyüşə getmək üçün müraciət edir. Bu gün əgər 73 min Azərbaycan qadını könüllü yazılırsa, bu, o deməkdir ki, bu məsələdə hər birimizin mövqeyi barışmazdır. Ümid edirəm ki, bütün dünya bu savaşın ədalətli həlli üçün müəyyən addımlar atar. Yenə də ikili münasibət göstərilməsin. Yetər artıq. Bizim də bir səbrimiz var. Son hadisələr bir daha göstərdi ki, xalqımızın Qarabağ məsələsində səbri tükənib. Ermənilər hər yolla itkilərini gizlətməyə çalışsalar da, nəticə göz önündədir. Azərbaycan ordusunun qətiyyəti və gücü göz önündədir”.
NƏRGİZ,
KONKRET.az
Sona Xanım Müharibədən başqa yol yoxdu.Siz yuz faiz zəmanət verə bilərsiz ki sülhlə torpaqlar alınacaq və o vaxta qədər ermeni hansisa övladımızı ve ya qardasimizi şəhid etmeyecek ?
30 ildi gözləyirik .İndide sen deyirsen ki gözləyin.Ay xanım bu ölkənin generalı şəhid olub.Bu ölkənin dayaaga haqqı yoxdu.Bunu başa düş .
Müharibəyə gedən öncə bilməlidi ki o düşməni öldürməyə getməlidi ölməyə yox öldürməyə bu bizim şüarımız olmalıdı onun üçün hər bir vətənsevən qardaşlarım orada müharibədə başqa qayda qanunlar var odur ki 1ci silahla davranmağı sonra taktikan olmalıdı səngərdə sən hansı vəzifəni daşıyacaqsan səngər yoldaşlarını tanımalısan hansı silahı daha yaxşı bilursən Komanda məntəqən hara olacaq dərhal çağrış olsa harada olmalısan 1992 1994 də olanları görən keçmiş döyüşçü