Yevlaxda narkotik əməliyyatı – 10 nəfər saxlanıldıbackend

Yevlaxda narkotik əməliyyatı - 10 nəfər saxlanıldı

Polis əməkdaşlarının yanvar ayı ərzində keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Yevlax rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 10 nəfər saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Onlardan ümumilikdə 2 kiloqrama yaxın müxtəlif növ narkotik vasitələr aşkar edilərək götürülüb.

Bundan başqa, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Taleh Bərxudarov saxlanılaraq şöbəyə gətirilib.

Onun üzərində aparılan müvafiq axtarış zamanı əlindəki sintetik torbadan 1 ədəd “Kalaşnikov-AK74” markalı avtomat, həmin silaha məxsus daraq və 3 ədəd patron aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Yevlax RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*