Yığmamız Ukraynaya məğlub oldubackend

Yığmamız Ukraynaya məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində dördüncü oyununa çıxıb. 

KONKRET.az xəbər verir ki, yığmamız Ukrayna ilə qarşılaşıb.

Rəqib Samir Əliyevin yetirmələrini İspaniyanın Mursiya şəhərində yerləşən “Nueva Kondomina” stadionunda qəbul edib. F qrupunda keçirdiyi ilk 4 görüşdə maksimum nəticə göstərən Ukrayna bu dəfə də qələbə qazanıb. 34-cü dəqiqədə fərqlənən Brazko komandasına növbəti qələbə qazandırıb.

4 turdan sonra aktivində 3 xal olan yığmamız seçmə mərhələdə növbəti oyununu 2024-cü ilin martın 22-də evdə İngiltərə millisinə qarşı keçirəcək.

AVRO-2025, seçmə mərhələ
F qrupu
21 noyabr

Ukrayna – Azərbaycan – 1:0
Qol: Brazko, 34 (pen)
Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan)
İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*