Yol polisləri yanvarın 1-dən bu sistemə keçəcək – YENİLİKbackend

Yol polisləri yanvarın 1-dən bu sistemə keçəcək - YENİLİK

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanda yanvarın 1-dən etibarən respublikanın hər yol polisi əməkdaşlarından kamera ilə təchiz olunmuş uniforma geyimi tələb olunacaq. KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu məqsədlə Daxili İşlər Nazirliyi Çinin “Hayter” şirkəti tərəfindən istehsal olunan 6193 xüsusi kamera alıb.

Qeyd edək ki, artıq Daşkənddəki asayiş keşikçiləri daha çox cihazla – 2876 ədəd, Səmərqənd vilayətində – 341 ədəd kamera ilə təchiz olunub. 193 uniforma kamerası ehtiyatda qalacaq.

GPS / Glonass, 2G / 3G, Wi-Fi, 128 QB daxili yaddaş, iki mikrofon və gecə rejimi kimi xüsusiyyətlərə malik olan kameranın 30 metr məsafədə baş verənləri qeydiyyata almaq imkanı var. Cihaz daimi onlayn rejimdə işləyəcək.

Yenilik ilk növbədə korrupsiya amilinin aradan qaldırılmasına yönəlib. Uniforma kameraları yol polisi əməkdaşlarına qarşı əsassız ittihamların qarşısını alacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*