Yoxa çıxan İran generalı haqqında iddialara aydınlıq gətirildibackend

Yoxa çıxan İran generalı haqqında iddialara aydınlıq gətirildi

İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələri komandanının müavini İrəc Məscid İsrailin Beyrutdakı hücumunda yaralandığı iddia edilən Qüds qüvvələri komandiri İsmayıl Qaaninin səhhətinin yaxşı olduğunu və aktiv vəzifəsini davam etdirdiyini bildirib.

KONKRET.az xəbər verir ki, İranın yarı-rəsmi “Təsnim” Xəbər Agentliyinin məlumatına görə, Tehranda keçirilən konfransda çıxış edən Məscid Qaaninin İsrailin Beyrutdakı hücumunda yaralandığı iddialarına cavab verib. Məscid “Bir çoxunuz general Qaani ilə nə baş verdiyini soruşursunuz. O, sağlamdır və aktiv fəaliyyətini davam etdirir.

Qaani haqqında iddialar

İran İnqilab Keşikçiləri Ordusu Qüds Qüvvələrinin komandanı briqada generalı Qaaninin vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməməsi onun İsrailin Beyrutdakı hücumunda yaralandığı iddialarına səbəb olub.

İsrailin “Kanal 12” televiziyası Qaaninin 4 oktyabr cümə günü Təl-Əvivin Beyruta etdiyi ağır hücumlar zamanı hədəfə alına biləcəyini və onun yaralanıb-yaralanmamasının araşdırıldığını açıqlayıb. İranda təhlükəsizlik bürokratiyasına yaxın olan “Tabnak” saytı da oktyabrın 5-də “General Qaani haradadır?” xəbər məqaləsində səlahiyyətliləri Qaaninin vəziyyətinə aydınlıq gətirməyə çağırıb.

Qaaninin vəziyyəti ilə bağlı İran rəsmilərindən ilk açıqlama parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü Abbas Qolrudan gəlib. General Qaaninin vəziyyətinin yaxşı olduğunu bildirən Golru bildirib ki, “İnanıram ki, İnqilab Keşikçiləri Ordusu bu mövzuda açıqlama verərək narahatlıqları aradan qaldıracaq”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*