“Moskva Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olmasını əks etdirən qanununu onun Avrasiya İqtisadi Birliyindən çıxmasının başlanğıcı kimi qiymətləndirir”.
KONKRET.az NEWS.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, belə bir qərar “Titanik” gəmisinə bilet almaqla müqayisə oluna bilər, çünki respublika ciddi iqtisadi böhranla üzləşmək riski daşıyır.
Bu açıqlamaya məhəl qoymayan Ermənistanın baş naziri Nikol Paşinyan nümayişkaranə şəkildə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüş keçirib.
O qeyd edib ki, İrəvan Avrasiya İqtisadi Birliyindən çıxacağı təqdirdə çox şeyi itirəcək, Rusiyanın və ittifaqın digər üzvlərinin bazarına sərbəst çıxış imkanlarından məhrum olacaq və bu, ciddi iqtisadi böhrana səbəb ola bilər.
Overçukun sözlərinə görə, Ermənistanda elektrik enerjisi və ərzaq qiymətləri artacaq, erməni mallarının xaricə tədarükü isə 70-80% azalacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Aİ-yə daxil olmasının onun suveren hüququ olduğunu bəyan edib, lakin əlavə edib ki, eyni zamanda, həm Avropa İttifaqının, həm də Avrasiya İqtisadi Birliyinin üzvü olmaq mümkün deyil.
Xatırladaq ki, yanvarın 9-da Ermənistan Nazirlər Kabineti Avropa İttifaqına qoşulma prosesinin başlanması ilə bağlı qanun layihəsini təsdiqləyərək parlamentə göndərib.//Oxu.az