Zahid Orucun Zəngəzur TƏKLİFİ və beynəlxalq HÜQUQ – EKSKLÜZİVbackend

Zahid Orucun Zəngəzur TƏKLİFİ və beynəlxalq HÜQUQ - EKSKLÜZİV

Beynəlxalq hüquqla Bakı İrəvandan maddi təzminat əvəzində hansısa ərazini istəyə bilərmi? Yaxud konpensasiya mövzusunu qabardıb onları sülhə məcbur etmək mümkündürmü?

KONKRET.az bu kimi suallara aydınlıq gətirmək üçün konfliktoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Emil Həsənova müraciət etdi.

O isə bildirdi ki, bu məsələlərlə bağlı bir sıra beynəlxalq hüquqi sənədlər var:

“Beynəlxalq hüquqa zidd aktlar haqqında qanunvericilik bazası var. Təbii ki, tərəflər ona uyğun hərəkət etməlidirlər. Təzminat əvəzində torpaq (ərazi), belə şey eşitməmişəm. Amma tərəflər belə razılığa gələ bilər. Beynəlxalq hüquqlar pozulduqda bir sıra normativ aktlarla təmin olunur: Üzrxahlıq, əvvəlki statusun hansısa mülki və s. bərpa olunması və təzminat.

İkinci məqam, beynəlxalq hüquqda belə bir norma var: sülhə məcburetmə. Bu mexanizm mövcuddur, BMT və bir sıra təşkilatların sülhə məcburetmə aktı ola bilər. Beynəlxalq institutlar İrəvana qarşı bunu tətbiq edə bilməsə də, Azərbaycan Ermənistanı sülhə məcbur edir. Bu yeni bir norma deyil, ABŞ da tətbiq eləyir. Bu barədə BMT TŞ və Assambleyasının qətnamələri də mövcuddur”.

Xatırladaq ki, oktyabrın 10-da millət vəkili Zahid Oruc maraqlı və sensasiyalı təkliflə çıxış edib:

“Zəngəzur dəhlizi müharibə cinayətlərinin və təzminatın əvəzində tam olaraq Azərbaycana verilsin!”

Əlbəttə ki, tarixi ədalətin bərqərar olması hər bir azərbaycanlının arzusudur. Sadəcə, hazırda siyasi uğurların qazanılması beynəlxalq hüquqla tənzimlənir. Bu normalarda isə təzminat əvəzinə ərazi verilməsi məsələsi yalnız tərəflər arasında razılaşma ilə mümkündür. Bir həqiqəti də xatırladaq ki, müharibədə məğlub, kapitulyant Ermənistan hazırda heç Qarabağın ermənilər yaşayan hissəsini Azərbaycan ərazisi kimi tanımaq istəmir. O ki qaldı Zəngəzuru Azərbaycana qaytarmağı ağlından keçirtsin. Amma bu və ya digər formada Zəngəzur dəhlizi açılmalıdır. Hazırkı sülh prosesinin əsas müddəalarından biri də, məhz budur.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*