Zaqatala sakinlərindən qanunsuz saxladıqları 4 tüfəng GÖTÜRÜLDÜbackend

Zaqatala sakinlərindən qanunsuz saxladıqları 4 tüfəng GÖTÜRÜLDÜ

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülüməsi istiqamətində bir neçə əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məluata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri – Arif Məmmədov, Hacıxan Heydərov, Nürəddin Hüseynov və Zülfüqar Yusifovdan qanunsuz olaraq saxladıqları, ümumilikdə 4 ədəd ov tüfəngi aşkarlanıb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*