Zaqatalada ər arvadını öldürdü – YENİLƏNİB – TƏFƏRRÜATbackend

Zaqatalada ər arvadını öldürdü - YENİLƏNİB - TƏFƏRRÜAT

Zaqatalada baş verən qətlin bəzi məqamları bilinib.

KONKRET.az-ın məlumatına görə, Firəngiz Yusifova və Məhəmməd Didiyev boşanma ərəfəsində olublar. Qadın uşağı ilə atası evinə gedib.

Bu gün kişi səhər saatlarında həyat yoldaşının yanına gəlib, boşanmaq istəmədiyini bildirib. Tərəflər arasında münaqişə olub.

Məhəmməd Didiyev ov tüfəngi ilə qadını qətlə yetirib.

Onların ikinci sinifdə təhsil alan oğlanları var.

***

10:39

Zaqatalada arvadını öldürməkdə şübhəli bilinən şəxs könüllü olaraq istintaqa təslim olub.

Zaqatala Rayon Prokurorluğundan KONKRET.az-a verilən xəbərə görə, martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

***

09:55

Zaqatalada ər arvadını qətlə yetirib.

KONKRET.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.

Belə ki, şəhər sakini Firəngiz Yusifovanın yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*