Zaxarova onu Üsamə bin Ladenə bənzətdibackend

Zaxarova onu Üsamə bin Ladenə BƏNZƏTDİ

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Polşanın xarici işlər naziri Radoslav Sikorskini “Drujba” neft kəmərinə hücumla hədələdiyi üçün “Usamə bin Sikorski” adlandırıb.

KONKRET.az xəbər verir ki, “Usamə bin Sikorskinin nöqteyi-nəzərindən başqa hansı mülki infrastruktur məhv edilməlidir?” Zaxarova Telegram kanalında yazıb.

Bununla da diplomat Sikorskini beynəlxalq terrorçu Üsamə bin Ladenlə müqayisə edib. Həmin gün Polşanın xarici işlər naziri Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı, daha çox mayor Magyar kimi tanınan Robert Braudinin “Drujba” boru kəmərini sıradan çıxaracağı barədə danışmışdı.

Oktyabrın 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sikorskinin bəyanatlarının Polşanın terror hücumlarına hazır olduğunu göstərdiyinə diqqət çəkib.

Dəniz Pənahova 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*