Zelenski: “ABŞ-ın həqiqi düşməni Rusiyadır”backend

Zelenski: “ABŞ-ın həqiqi düşməni Rusiyadır”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla NATO sammiti çərçivəsində Haaqada görüşə ümid etdiyini bildirib. Sammit çərşənbə axşamı və çərşənbə günləri keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə Zelenski “Sky News”a verdiyi müsahibədə danışıb.

Jurnalistin Trampla görüş planları barədə sualını cavablandıran Zelenski deyib:

“Bəli, mən görüşmək fikrindəyəm. Açığını desəm, necə olacaq, dəqiq bilmirəm. Komandamız bunun üzərində işləyir. Bəli, görüşməyi planlaşdırırıq.”

Zelenski əlavə edib ki, tərəflərin komandaları görüşün vaxtını razılaşdırmağa çalışır.

Ukrayna prezidenti həmçinin ümid etdiyini bildirib ki, Donald Tramp ABŞ-ın müttəfiqlərinin kim olduğunu anlayır:

“Mən Trampın Putinlə münasibətlərinin necə olduğunu bilmirəm… Bu barədə fərqli siqnallar var. Amma mən əminəm ki, Prezident Tramp anlayır: ukraynalılar Amerikanın müttəfiqləridir. ABŞ-ın həqiqi düşməni isə Rusiyadır. Onlar bəzən qısa müddətli tərəfdaş ola bilərlər, amma heç vaxt dost olmayacaqlar.”

Bu açıqlama, ABŞ-ın Ukraynaya dəstəyi davam etdirəcəyi ilə bağlı Zelenskinin narahatlığını və Trampın mövqeyini daha aydın anlamaq istədiyini göstərir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*