Zelenski BRİKS üzvlərini tənqid etdibackend

Zelenski BRİKS üzvlərini tənqid etdi

“BRİKS sammitinin iştirakçısı olan ölkələr Rusiyanı dəstəkləyir”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski özünün Telegram kanalında bildirib. Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsində neytrallıq Rusiya tərəfinə dəstək deməkdir: “İnanıram ki, BRİKS sammitində olanlar və bitərəflikdən danışanlar bu münaqişənin həllinə kömək etməkdən daha çox Rusiyayönümlü görünüblər”. BMT-nin baş katibi Antonio Quterreşin BRİKS sammitinin əhəmiyyətindən danışması da Ukrayna prezidentini əsəbləşdirib. BMT baş katibi bildirmişdi ki, ölkələrin birləşdiyi bütün sammitlər çox vacibdir, çünki bunun sayəsində dünyada qlobal problemlər həll olunur.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*