Zelenski gözlənilmədən Almaniyaya getdibackend

Zelenski gözlənilmədən Almaniyaya getdi

Ukrayna prezidenti Volodimir Zelenski elan olunmamış səfərlə Frankfurta gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə “Bild” nəşri yerli polisə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib və bir sıra yollar bağlanıb.

Zelenski Amerikanın Ukraynaya hərbi yardım üçün qərargahının yerləşdiyi Visbadenə gedəcək.

Qeyd edək ki, dekabrın 13-də Zelenski Ukrayna-Şimali Avropa sammitində iştirak etmək üçün Osloya gəlib. Ukrayna prezidenti Norveç, Danimarka, İslandiya, Finlandiya və İsveç baş nazirləri, həmçinin Norveç kralı V Harald ilə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*