Zelenski: Kremlin Kiyevə aviazərbəsi Putinin cavabıdırbackend

Zelenski: Kremlin Kiyevə aviazərbəsi Putinin cavabıdır

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın Kiyevə son hava hücumu əslində Kreml rəhbəri Vladimir Putinin Ukrayna, ABŞ və Avropa tərəfdaşlarının sülh cəhdlərinə verdiyi cavabdır.

KONKRET.az xəbər verir ki, Zelenski açıqlamasında deyib: “Bu gecə Rusiya qüvvələri yenidən Ukraynaya zərbələr endirib, 30-dan çox raket və təxminən 600 dron tətbiq olunub. Hücum nəticəsində 17 nəfər, o cümlədən 4 uşaq həlak olub. Onlarla insan ağır vəziyyətdədir, həkimlər onların həyatını xilas etməyə çalışır. Zərbələr nəticəsində Türkiyə müəssisəsi, Azərbaycanın səfirliyi, Aİ nümayəndəliyi, Britaniya Şurası və yaşayış məhəllələri zədələnib”.

Zelenski əlavə edib ki, bu hücumlar “Putinin Ukraynanın və onun tərəfdaşlarının qətlləri dayandırmaq üçün göstərdiyi bütün cəhdlərə verdiyi cavabdır”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*