Zelenski Putinə MƏHƏL QOYMADI – Zaxarova əsəbiləşdi: “Bilərəkdən edib”backend

Zelenski Putinə MƏHƏL QOYMADI - Zaxarova əsəbiləşdi: "Bilərəkdən edib"

“Kiyev HIMARS-dan istifadə edərək Pasxa atəşkəsini pozub”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O bildirib ki, Rusiya Silahlı Qüvvələrinin mövqelərini 440-dan çox zərbə endirilib. Eyni zamanda 900 pilotsuz təyyarə ilə hücum həyata keçirilib.

Zaxarova bildirib ki, Zelenski əvvəllər razılaşdığı Pasxa atəşkəsi rejiminə əməl etməyib.

“Deməli, Pasxa bayramında da Kiyev rejimi tərəfindən atəşkəsə əməl olunmayıb. Üstəlik, atəşkəsi pozmaq üçün Bankovada Amerikanın HIMARS silahlarından istifadə edilib. Bu, təsadüf deyil, bilərəkdən atılan addımdır”. Axı Zelenski konkret olaraq mülki enerji infrastrukturunu hədəfə alıb”, – Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin aprelin 19-da Pasxa atəşkəsi elan edib. Həmin gün Moskva vaxtı ilə saat 18:00-da qüvvəyə minib və aprelin 21-i Moskva vaxtı ilə saat 00:00-a qədər davam edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*