Zelenski Rusiya ilə bağlı şərt qoydu: “Bu baş verərsə…”backend

Zelenski Rusiya ilə bağlı şərt qoydu: “Bu baş verərsə…”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya neft emalı zavodlarına (NEZ) edilən hücumların dayandırılması ilə bağlı əsas şərti açıqlayıb.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, Zelinskinin sözlərinə görə, bu, yalnız Rusiyanın Ukraynanın energetikasına, kritik infrastrukturuna və ərzaq ixracına qarşı hücumlarını dayandırılacağı təqdirdə baş verə bilər.

“Ukraynanın energetika sektoru, kritik infrastrukturu və ərzaq ixracımız Rusiya üçün hədəf olmaqdan çıxmalıdır. Bu, bizim tərəfimizdən müvafiq addımların atılmasına gətirib çıxaracaq”.

Ukrayna liderinin sözlərinə görə, genişmiqyaslı müharibənin nəticələri əvvəldən böyük olub. Münaqişə insanların ölümüvə ölkənin dağılması ilə nəticələnir. Həmçinin ərzaq təhlükəsizliyi və energetika üçün təhdidlər yaradır, texnologiyaların inkişafını sürətləndirir.

“İlk dəqiqədən Ukrayna sülhə çalışıb. Biz bu müharibəni ləyaqətlə başa çatdırmaq, təhlükəsizliyi təmin etmək və yeni Rusiya işğallarının qarşısını almaq üçün onlarla diplomatik təklif irəli sürmüşük. Hazırda Prezident Donald Tramp və ABŞ ilə dialoq davam etdirilir”, – deyə Zelenski vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*