Zelenski Vatikanda Venslə görüşündən danışdıbackend

Zelenski Vatikanda Venslə görüşündən danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ-ın Avropa və Rusiya məsələləri üzrə keçmiş səfiri Kurt Venslə görüşüb.

KONKRET.az xəbər verir ki, Zelenski görüşdə İstanbul danışıqlarını müzakirə etdiklərini bildirib. O, Rusiyanın aşağı səviyyəli və səlahiyyətsiz nümayəndə heyəti göndərdiyini vurğulayaraq, Ukraynanın səmimi dialoqa hazır olduğunu açıqlayıb və “tam, şərtsiz atəşkəsin” vacibliyini qeyd edib.

Prezident həmçinin Ruisyaya yeni sanksiyaların tətbiqini, ikitərəfli ticarət, müdafiə əməkdaşlığı, döyüş meydanındakı vəziyyət və gələcək əsir mübadiləsi məsələlərini müzakirə etdiklərini yazıb. “Ruisyaya qarşı təzyiqlər onun müharibəni dayandırmağa hazır olana qədər davam etməlidir. Ədalətli və davamlı sülhə nail olmaq üçün birgə addımlarımızı da müzakirə etdik,” – deyə Zelenski əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*