Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merts ilə görüşündə ölkənin hava hücumundan müdafiəsini (HHM) iki əlavə “Patriot” sistemi ilə gücləndirməyi müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında yazıb.
“Kansler Fridrix Merts ilə mühüm və mənalı görüş. Tərəfdaşlarla son təmaslarımız və müttəfiqlərlə gələcək qarşılıqlı fəaliyyətimiz, Almaniyanın yeni PURL təşəbbüsündə iştirakı, Ukraynanın hava hücumundan müdafiə sisteminin iki əlavə “Patriot” sistemi və onlar üçün raketlərlə gücləndirilməsi, etibarlı təhlükəsizlik zəmanətləri barədə danışdıq”, – o bildirib.
Ukrayna lideri Almaniya Kanslerinə ABŞ Prezidenti Donald Tramp və Avropa ölkələrinin liderləri arasında birgə onlayn konfrans təşkil etdiyinə görə təşəkkür edib.