Zelenski və Səudiyyə Vəliəhdindən şok razılaşmabackend

Zelenski və Səudiyyə vəliəhdindən şok razılaşma

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün “Telegram” kanalında məlumat paylaşıb. O bildirib ki, tərəflər ölkələrinin təhlükəsizliyini gücləndirmək üçün müxtəlif istiqamətlərdə birgə imkanlarını müzakirə ediblər.

Görüş zamanı ölkələr arasında “Drone Deal” çərçivəsində yaxın vaxtlarda atılacaq addımlar ətraflı nəzərdən keçirilib. Vəliəhd şahzadə Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla əldə etdiyi razılaşmalar, eləcə də bu sahədəki perspektivlər barədə məlumat verib.

Bundan əlavə, tərəflər qlobal miqyasda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mövqeləri və gələcək addımları əlaqələndiriblər.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*