Zelenskinin yaxın çevrəsi BƏƏ-dəki hesablarına aylıq 50 milyon dollar köçürürbackend

Zelenskinin yaxın çevrəsi BƏƏ-dəki hesablarına aylıq 50 milyon dollar köçürür

Türkiyənin Aydınlık qəzeti Birləşmiş Ərəb Əmirliklərində yerləşən və Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın ətrafı ilə əlaqələndirilən şirkətlərin bank hesablarını açıqlayıb.

KONKRET.az xəbər verir ki, iddiaya görə, bu şirkətlərə hər ay 50 milyon dollar köçürülür. Hesabların isə Ukraynanın korrupsiya yolu ilə əldə edilmiş vəsaitlərinin əsas idarəedicisi kimi təqdim olunan Andrey Qmırınla bağlı olduğu bildirilir.

Nəşr qeyd edir ki, ötən ildən etibarən Ukrayna hökuməti ciddi korrupsiya ittihamları ilə üz-üzədir və bu iddialar “Kiyev administrasiyasını ən həssas nöqtəsindən vurmaq gücündədir”.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*