Filippinin cənubunda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 7-yə çatıb, daha 11 nəfər xəsarət alıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, bu barədə Fəlakət Riskinin Azaldılması və Aradan Qaldırılması Milli Şurası (NDRC) xəbər yayıb.
Məlumata görə, zəlzələ 8 400 nəfərə təsir edib, onlardan təxminən 8 000 nəfəri təxliyə mərkəzlərinə yerləşdirilib.
Oktyabrın 10-da səhər saatlarında Filippində 7,4 maqnitudada zəlzələ baş verib. Həmin gün axşam saatlarında 6,8 manqitudada təkrar yeraltı təkanlar qeydə alınıb. Filippin seysmoloqları 700-dən çox yeraltı təkan qeydə alıblar. Şərqi Davao, Şərqi Samar, Cənubi Leyte və Suriqao əyalətlərində sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.