2000-ci ildən, yəni 25 ildir ki, Zəngzur dəhlizinə qarşı çıxmaq üçün Şimal-Cənub dəhlizini gücləndirmək imkanımız var idi.
KONKRET.az yenisabah-a istinadla xəbər verir ki, bunu İran Nəqliyyat Federasiyasının üzvü Fateme Moqimi bildirib.
O əlavə edib ki, bu müddətdə Şimal-Cənub dəhlizini gücləndirmək üçün lazımi gömrük qanunları belə yaradılmayıb:
“Zəngəzur dəhlizi İrandan yüklərin tranzitini yayındıracaq. Bu dəhlizin yaradılmasından sonra İran regionun tranzit marşrutundan tamamilə kənarda qalacaq və regionun gələcək nəql marşrutlarında rolumuz azalacaq”.