Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanıldıbackend

Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanıldı

Zərdabda qaz xətti keçən ərazini yandıran şəxs saxlanılıb.

KONKRET.az-a bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, bu gün sosial şəbəkələrdə bir nəfərin qaz xətti keçən kolluq ərazini qəsdən yandırmasını əks etdirən görüntülər paylaşılıb.

Araşdırmalarla görüntüdə əks olunan hadisənin Zərdab rayonu ərazisində törədildiyi müəyyən edilib.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-texniki tədbirlərlə qaz xətti keçən kolluq ərazini yandıranın rayonun Şahhüseynli kənd sakini, 23 yaşlı Emil Rəşidov olduğu müəyyən edilərək saxlanılıb.

Hazırda araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*