Gürcüstan tam bir dövlət olaraq sərhədlərinin bütün mübahisəli hissələrini müəyyənləşdirməlidir. KONKRET.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası Gürcüstan prezidenti Salome Zurabişvilinin ölkənin ictimai televiziyasında “Azad görüş” proqramına müsahibəsinə istinadən yayıb.
Erməni mediası vurğulayıb ki, Zurabişvili qonşularla – Ermənistan və Azərbaycanla razılaşdırılmamış sərhəd bölgələrinə diqqət çəkib. Prezidentin sözlərinə görə, komissiyalar bu istiqamətdə işləsələr və müəyyən bir mərhələyə çatsalar da, proses dayanıb.
“Nə üçün dost ölkələr arasında bu prosesin başa çatdırmaması bizə aydın deyil”. Prezident danışıqlar nəticəsində razılaşdırılmış sərhədin formalaşmasını gözlədiyini deyib.
Qeyd edək ki, Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya komissiyasının növbəti iclası 2020-ci ilin əvvəlində Tbilisidə keçiriləcək.