İran tərəfi ABŞ-la birbaşa olmayan – dolayı formatda danışıqlar aparmağa razılıq verib. Bu barədə məlumatı İranın yarırəsmi Tasnim agentliyi yayıb.
KONKRET.az xəbər verir ki, danışıqların 10 may tarixində baş tutması planlaşdırılır. Görüşün yeri və konkret gündəliyi barədə əlavə detallar açıqlanmasa da, ehtimallara görə, müzakirələr əsasən nüvə proqramı, regional təhlükəsizlik və sanksiyaların yumşaldılması ətrafında gedəcək.
Məlumata görə, vasitəçi ölkə və ya təşkilat üzərindən aparılacaq dialoq, Tehran və Vaşinqton arasında uzun müddətdir davam edən gərginliyi azaltmaq məqsədi daşıyır.
Müşviq Tofiqoğlu,
KONKRET.az