İngiltərənin “Arsenal” klubunun 16 yaşlı qapıçısı Cek Porter London təmsilçisinin tarixinə düşüb.
KONKRET.az-ın “Squawka”ya istinadən məlumatına görə, İngiltərə Liqa Kubokunun III turunun “Bolton”la oyununda (5:1) ilk dəqiqələrdən meydana daxil olan qolkiper “topçular”ın əsas komandasında rəsmi oyuna çıxan ən gənc futbolçu ünvanını ələ keçirib.
Qapıçı debüt matçında 16 yaş 72 günündə olub.
Qeyd edək ki, C.Porter bu mövsüm həmçinin “Arsenal”ın U-21, İngiltərənin U-17 və U-18 komandalarının heyətində meydana çıxıb.