190 manatlıq birdəfəlik ödəmənin veriləcəyi şəhər və rayonlar AÇIQLANDI- SİYAHIbackend

190 manatlıq birdəfəlik ödəmənin veriləcəyi şəhər və rayonlar AÇIQLANDI- SİYAHI

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar verib.

Qərarda deyilir:

Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

  • Zamina Elturan
    İyun 23, 2020 - 14:06

    Karantin rejimi ötən həftə Salyanda da vardı…

    • Vasif
      İyul 7, 2020 - 17:01

      Salam men abseron rayon qobu qesebesinde qeydiyattan kecmisdim iki defe aldim yene de ala bilerem?

  • Orxan
    İyun 23, 2020 - 17:25

    Menim 2 sualim ver zehmet olmasa cavablandirardiniz.önceden tesekkurler..
    1.men ilk defe 190 azn birdefelik muavineti alarken işləyirdim.hal hazırda işsizəm.mənə də aid olacaqmı bu qərar?
    2.Qeydiyyat uzrə Beyləqan rayonunda qeydiyyatda olan şəxs yaşayış yeri üzrə Bakıda yaşayır muavinət həmin şəxsə də aid olacaqmı?

  • Ayaz
    İyun 23, 2020 - 18:44

    Salam men Rayon qeydiyatiyam evvel almiwam amma indi Gedebeyde karantin yoxdu deye bize niye duwmesin.ozum bakida kiraye yawayiram bu.iw yerim baglanib.nece edek bes biz

  • Royale
    İyun 25, 2020 - 15:58

    Salam men size Samux seherinden yaziram.Bir nece il bundan qabaq Samux rayonu Gence seherine birlesdirilerek Samux seheri adini aldi.Bes biz nece 190manat muavineti ala bileceyik.Cox xahis edirem ki,bizim kimi azteminatli aileleri de nezere alasiniz.

  • Xeqani
    İyun 26, 2020 - 15:41

    Salam men baki vetendawi baki qeydiyatindayam..aprel may ayi uzre 190 manat alanda Astara rayonuna qonaq gelmiwdim. .karantine gore qayida bilmedim.ona gore de qeydiyatdan kecende faktiki yawayiw yerini Astara yazdim.indi deyilenlere gore iyun ayi ucun 190manat faktiki yawayiw yeri ile goturulecek.bes men nece alim 190manati?indi bakidayam.bes mene 3cu defe duwmeyecek?xeste korpem.var evimde.

  • Coni
    İyul 5, 2020 - 09:16

    Cox xahis edirem cavab yazasiniz.İyun -İyul aylaei ucun 190₼ 8 rayondan başqa rayonlara veriləcəkmi,veriləcəysə,nə vaxt veriləcəy? Bu qərar düzgün deyil.Əvvəlki kimi,bütün əhaliyə şamil olunmalıdı.Çünki,karantin bütün əhaliyə şamil olunub.

  • Ilqar
    İyul 8, 2020 - 23:41

    Salam men hal hazirda Gence seherinde yasayiram qeydiyatdada burdan kecmisem 2 defe 190manat almisam ama ozum Semkir qeydiyatindayam iyun ayi ucun nezerde tutulan 190 manat mene dusur

Ilqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*