“1996-cı ildən tələb edirəm, onu tikə-tikə doğrasalar da…” – Aslan İsmayılovdan ŞOK SÖZLƏRbackend

"1996-cı ildən tələb edirəm, onu tikə-tikə doğrasalar da..." - Aslan İsmayılovdan ŞOK SÖZLƏR

“Özünə güvənən, hörmət edən kişi qadını təhqir etməz, onu aşağılamaz. Qadına əl qaldıran kişi isə qorxaq, ləyaqət və şərəfin nə olduğunu bilməyəndir. Qadınların da həmişə düz olduğunu demirəm, onlar da günahkar ola bilərlər. Ancaq heç bir günah qadına əl qaldırmağa əsas vermir. Belə bir hal varsa boşanmaqla bərabər yüzlərlə çıxış yolları var”.

KONKRET.az  xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

A.İsmayılov xatırladıb ki, 1996-cı ildən bütün səviyyələrdə ölüm hökmünün ləğvini təbliğ edib: “Ancaq Xətai rayonunda baş vermiş hadisəyə görə həmin şəxsi tikə-tikə doğrasalar da, hüquqşünas olmağıma baxmayaraq, qadının doğmalarını heç vaxt günahlandırmaram. Son dövrlər qadınlara qarşı təkrarlanan zorakılıq hadisələri çox pis ənənədən xəbər verir. Ona görə də baş vermiş qətl hadisəsinin səbəb və nəticələri Baş Prokurorluq tərəfindən geniş araşdırılmalı və cəmiyyətə hesabat verilməlidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*