2 milyon barel neft daşıyan supertanker alova büründü – İran ABŞ-a sərt mesaj verdibackend

2 milyon barel neft daşıyan supertanker alova büründü – İran ABŞ-a sərt mesaj verdi

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında supertankerin dəniz minasına toxunaraq güclü partlayışdan sonra alovlandığını açıqlayıb.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tanker 2 milyondan çox barel xam neft daşıyıb. SEPAH-ın iddiasına əsasən, gəmi naviqasiya və radar sistemlərini söndürərək boğazdan icazəsiz marşrutla keçməyə çalışıb.

Bildirilib ki, dəniz minası ilə toqquşma nəticəsində güclü partlayış və yanğın baş verib. Tankerin adı, hansı ölkəyə məxsus olduğu və ekipajın vəziyyəti barədə məlumat açıqlanmayıb.

SEPAH Hörmüz boğazının bağlı olduğunu bəyan edərək İranın müəyyən etdiyi qaydalara əməl etməyən gəmiləri sərt şəkildə hədələyib.

“İranın boğazla bağlı qaydalarına tabe olmayan gəmilərin aqibəti ABŞ ordusuna etimadın alovunda yanmaqdır”, – bəyanatda bildirilib.

Qeyd edək ki, hadisə ilə bağlı SEPAH-ın açıqlamasındakı iddialar müstəqil şəkildə təsdiqlənməyib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*