21 yaşlı oğlan bıçaqlandı – Hərbi qulluqçu saxlanıldıbackend

21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.

2005-ci il təvəllüdlü Ayxan Budaqlı sakini olduğu kəndin ərazisində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərbi qulluqçu olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*