216 milyard dollar lazımdır – Dünya Bankı AÇIQLADIbackend

216 milyard dollar lazımdır - Dünya Bankı AÇIQLADI

13 illik münaqişədən sonra Suriyanın yenidən qurulmasının təxmini dəyəri 216 milyard dollardır ki, bu da ölkənin ÜDM-dən 10 dəfə çoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Asharq al Awsat ” qəzeti Dünya Bankının (DB) hesabatına istinadən məlumat yayıb.

Sənəddə 2011-ci ildən 2024-cü ilə qədər hərbi əməliyyatlar zamanı infrastruktura və mənzillərə birbaşa fiziki ziyan 108 milyard dollar həcmində qiymətləndirilir. Ən böyük zərər isə qarşıdakı illərdə əsas sərmayənin yönəldiləcəyi Hələb, Dəməşq və Homs əyalətlərinə dəyib.

Hesabata görə, Ərəb Respublikasının real ÜDM-i 2010-cu ildən 2022-ci ilə qədər 53% azalıb, eyni dövrdə nominal ÜDM 67,5 milyard dollardan 21,4 milyard dollara düşüb.

Dünya Bankının Yaxın Şərq üzrə direktoru Jean-Christophe Carre nəşrə verdiyi açıqlamada, böyük zərər və çətinliklərə baxmayaraq, Suriyanın yenidən qurulması səylərini dəstəkləməyə hazır olduğunu bildirib.

“Əlaqələndirilmiş hərəkətlər və hərtərəfli, strukturlaşdırılmış proqram Suriya xalqının iqtisadi dirçəlişində və uzunmüddətli inkişafında kömək etmək üçün çox vacibdir”, – o qeyd edib.

Eyni zamanda, Suriyanın maliyyə naziri Mohammed Yasser Barnieh Dünya Bankının dağıntıların miqyası və iqtisadi dirçəlişin qarşıdan gələn xərcləri ilə bağlı araşdırmasının vacibliyini vurğulayıb. O, beynəlxalq ictimaiyyəti “Suriyaya gələcək nəsillər üçün rifahın təməlini qoymağa kömək etməyə” çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*