3 ay əvvəl yaradılan şirkət ləğv olundubackend

3 ay əvvəl yaradılan şirkət ləğv olundu

Qarabağ Taxıl Aqro MMC ləğv olunduğunu elan edib.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.

Bildirilib ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Füzuli Orucov küçəsi, ev 35 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Qarabağ Taxıl Aqro” bu ilin iyul ayında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 6,372 milyon manat, qanuni təmsilçisi isə Cavid Nazim oğlu Abdullayevdir. Onun “PAŞA Holdinq” MMC-nin tikinti işləri üzrə meneceri olduğu bildirilir.

“Qarabağ Taxıl Aqro” ilə eyni hüquqi ünvanda “Qarabağ Taxıl” MMC yerləşir. Şirkət yaxın vaxtlara qədər Şabran rayonunda müəssisələri yerləşən “Səba” ASC-yə daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*