3 ölkəyə ətlik at satmışıqbackend

3 ölkəyə ətlik at satmışıq

Bu ilin avqust ayında Azərbaycandan Özbəkistana 170, Qırğızıstana 65, Türkiyəyə isə 9 baş diri ətlik at ixrac edilib.

KONKRET.az yeniavaz.com-a istinadla xəbər verir ki, Özbəkistana ixrac edilən bir baş atın orta gömrük dəyəri 200 dollar (340 manat), Qırğızıstana ixrac edilən bir baş atın orta gömrük dəyəri 170 dollar (289 manat), Türkiyəyə ixrac edilən bir baş atın orta gömrük dəyəri isə 292 dollar (497 manat) olub.

Azərbaycandan diri atların (ətlik istiqamət üzrə) ixracına ilk dəfə 2016-cı ildə başlanılıb və bu ilin iyul ayının əvvəlinə qədər 24 min 36 baş diri at satılıb.

Avqust ayında Azərbaycandan Qırğızıstana 16 ton at əti də ixrac olunub. İxrac olunan at ətinin bir kiloqramının orta gömrük dəyəri isə 2 dollar (3,4 manat) olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*