33 il sonra Afrikada da keçiriləcəkbackend

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidməti yayıb.

Ruandanın paytaxtı Kiqalidən təxminən 40 km cənubda yeni yarış trası inşa ediləcək.

Yarış seriyasının mətbuat xidmətinin məlumatına görə, bu kompleks beynəlxalq yarışlara, konfranslara və əyləncə tədbirlərinə ev sahibliyi edə biləcək, ilboyu fəaliyyət göstərən bir məkan olacaq.

Ruanda Prezidenti Pol Kaqame razılaşmanı rəsmən elan edib.

“Bu razılaşma Formula 1 tarixində həlledici məqamı təşkil edir və idman növünün 1993-cü ildən bəri ilk dəfə Afrikaya qayıtmasından xəbər verir. Bugünkü elan, gələcək nəsillər üçün uğurlu, dayanıqlı və dünya səviyyəli Qran-priyə ev sahibliyi etmək məqsədilə ən yaxşı tərəfdaşla zəruri təməlin yaradılmasına yönəlmiş illərlə davam edən birgə fəaliyyətin nəticəsidir”, – o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*