Konkret az Rusiya mediasına istinadla xəbər verir ki, 37 uşağı zorladığına görə ömürlük həbs cəzası almış pedofil Oleq Rılkov məhkəmədən ağır xəstəliyi ilə bağlı azad olunmasını xahiş edib. Rusiyanın Sızran Şəhər Məhkəməsi məhkumun ərizəsini qəbul edib. Bu barədə yerli KTV-LUÇ televiziyası xəbər verib. Rılkov ərizəsində məhkəmə iclasının təxriə salınmasını və onun üçün məsləhət bilinən müdafiəçi ilə birlikdə özü haqqında iş materiallarını birgə müzakirə etmək istədiyini bildirib. “Mənə vəkil təyin ediblər, hansı ki, əvvəl onunla heç vaxt ünsiyyətim olmayıb. Güman edirəm ki, vəkil passiv mövqe tutacaq və sadəcə statist rolunu oynayacaq”,- deyə Rılkov gileylənib. Məhkəmə yığıncağın təxirə salınması təklifilə razılaşıb. Sızran şəhərinin insan hüquqlarının müdafiəsi orqanlarındakı mənbənin jurnalistlərlə söhbətində səsləndirdiyi ehtimala görə, manyak “Qara Delfin” koloniyasına qayıdışını gecikdirməyə çalışır. Qeyd edək ki, cinayətləri seriyasında Oleq Rılkov zorladığı şəxslərdən 4-nü öldürüb ki, bunlardan 3-ü uşaq olub. 1998-ci ildə etdiyi cinayətlərə görə, onun haqqında şəhər məhkəməsi edam qərarı verib. Sonra bu qərar ömürlük həbs cəzası ilə əvəzlənib.
Konkret.az