1856-cı ildə Cənubi Afrikada yaşayan kosa xalqından olan 15 yaşlı Nոնqkavuse adlı qız çayın kənarında əcdadlarının ruhları ilə qarşılaşdığını söylədi. Onun sözlərinə görə, ruhlar Avropa müstəmləkəçilərini qovacaqlarını və ölüləri dirildəcəklərini vəd etmişdilər. Lakin bunun üçün xalq bütün mal-qarasını məhv etməli, əkinçilikdən imtina etməli və ərzaq ehtiyatlarından qurtulmalı idi. Əvəzində əcdadlar onlara yeni sürülər göndərəcək, bol məhsul yetişməsini təmin edəcəkdilər.
Qızın əmisi, kahin və falçı Mxlahaza bu peyğəmbərliyi yaymağa başladı. Tezliklə minlərlə insan, daha sonra isə nüfuzlu tayfa başçıları da bu sözlərə inandılar. Kosa xalqının yaşadığı ərazilərdə mal-qaranın kütləvi şəkildə kəsilməsinə və əkinlərin məhv edilməsinə başlandı. Tarixi hesablamalara görə, ümumilikdə təxminən 400 min baş mal-qara tələf edildi.
Nონqkavuse möcüzənin 1857-ci ilin fevralında baş verəcəyini xəbər vermişdi: günəş qırmızı rəngdə doğacaq, ölülər diriləcək, avropalılar isə yoxa çıxacaqdılar.
Lakin gözlənilən gün gəlib keçdi və heç nə baş vermədi. Həmin vaxta qədər bir çox ailənin nə mal-qarası, nə də taxıl ehtiyatı qalmışdı. Dəhşətli aclıq başladı. Müxtəlif hesablamalara görə, bu fəlakət 40–50 min insanın həyatına son qoydu.
Sağ qalanlar yemək və iş tapmaq ümidi ilə doğma torpaqlarını tərk etməyə məcbur oldular. Nონqkavuse özü isə bu faciədən sağ çıxdı və uzun illər sonra vəfat etdi.
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
