43 yaşlı kişi tanışı tərəfindən öldürüldü – RƏSMİbackend

43 yaşlı kişi tanışı tərəfindən öldürüldü - RƏSMİ

Sumqayıtda 43 yaşlı kişi tanışı tərəfindən öldürülüb.

Şəhər prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, yanvarın 11-də Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Rövşən Musayevin öldürülməsi barədə məlumat daxil olub.

Araşdırmalarla zərərçəkmişlərin tanışı 1975-ci il təvəllüdlü Rüfət Məmmədovun Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla Rövşən Musayevə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Rüfət Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İstintaq tədbirləri davam etdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*