51 kq narkotik dövriyyədən çıxarıldı – VİDEObackend

51 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

KONKRET.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.

Araşdırmalarla müəyyən olunub ki, N.Həsənov xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib.

Faktla bağlı cinayət işi başlanılıb. N.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*