Bakı-Qazax yolunda avtomobilin vurduğu 52 yaşlı piyada vəfat edib.
KONKRET.az xəbər verir ki, hadisə magistral yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Hacıqabul sakini, 1974-cü il təvəllüdlü Asəf Cəfərovu maşın vurub.
Ağır xəsarətlər alan piyada ağır vəziyyətində Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
